"Məyusluq..."
Yusif Nəzərli
02:20 10.02.2022
Cəmiyyət
858
Ermənistan verdiyi vədə əməl etmir
Ceyhun Bayramov: "Qarşı tərəfin mənəviyyata sığmayan, məntiqsiz açıqlamalarının şahidi olduq"
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır”. Bu barədə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niko Popesku ilə birgə mətbuat konfransında bildirib. XİN rəhbəri deyib ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır: “Hər iki ölkə ərazi bütövlüyü, suverenlik, ərazilərin beynəlxalq sərhədlər çərçivəsində tanınması prinsiplərini dəstəkləyir. Biz ölkələrimizin mövqelərini yaxşı anlamaq üçün siyasi məsləhətləşmələrin mütəmadi keçirilməsi barədə razılığa gəldik. Humanitar sahədə əməkdaşlığı genişləndirməliyik”.
Ceyhun Bayramov qeyd edib ki, moldovalı həmkarı ilə görüşdə regional təhlükəsizlik məsələləri geniş müzakirə edilib: “44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar və postmünaqişə dövründə Azərbaycanın prioritetləri barədə həmkarımı məlumatlandırdım. Ölkəmiz üçün prioritet azad olunmuş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin geri qayıtmasıdır. Mən yenidənqurma işləri barədə də həmkarıma məlumat verdim”.
“Ermənistan naziri bu sahədə əməkdaşlıq vədi verib”
XİN başçısı diqqətə çatdırıb ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatlarla bağlı öhdəliklərinə sadiqdir. Lakin Ermənistan itkinlərlə bağlı əməkdaşlıq vəd etsə də, sonradan məntiqsiz açıqlamanın şahidi olduq: “Azərbaycan müxtəlif beynəlxalq platformalarda itkin düşmüş şəxslərin məsələsini qaldırıb və buna davam edir. 44 günlük müharibədən əvvəl Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa əsaslanan öhdəliklərini yerinə yetirməsinə şahid olmayıblar: “4 fevralda keçirilən dördtərəfli görüşdə humanitar məsələlər müzakirə olunub və itkin düşmüş şəxslərin məsələsi qaldırılıb. 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 719 nəfəri mülki şəxslərdir. Ermənistan naziri bu sahədə əməkdaşlıq vədi verib. Lakin sonradan paradoksun və məntiqə uyğun olmayan açıqlamanın şahidi olduq. Nazirlik heç bir vədin verilmədiyi barədə açıqlama verdi. Bu, mənəviyyata, insanlığa sığmayan açıqlamadır və məyusluq, təəccüb və mənfi hisslər doğurur. Azərbaycan davamlı və israrla bu məsələnin üzərinə gedəcək. Dünya dövlətləri bu istiqamətdə Ermənistana təzyiqləri artırmalıdır”.
“Ermənistan delimitasiya və demarkasiya ilə bağlı şərt irəli sürür”
Nazir deyib ki, Ermənistan tərəfinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı şərt irəli sürdüyünü müşahidə edirik: "Bu, müsbət dinamikaya yardım etmir. Azərbaycan delimitasiya və demarkasiya ilə bağlı öz öhdəliklərinə tam əməl edərək heç bir şərt irəli sürmədən prosesə hazır olduğunu bildirib. Regionda kommunikasiyaların bərpası istiqamətində Azərbaycan tərəfi bir sıra işlər görüb və görməkdədir”. C.Bayramov qeyd edib ki, Ermənistan sərhədlərinə qədər 110 km uzunluğu olan dəmir yolu xəttinin çəkilməsi ilə bağlı işlər aparılır, artıq bu işlərin 24 faizi tamamlanıb: “2023-cü ildə bu layihə tamamlanacaq.
İşğaldan azad olunmuş ərazilərdə 124 km avtomobil yolunun çəkilməsi ilə bağlı işlər gedir və bu işin isə 27 faizi tamamlanıb. Ermənistan tərəfindən isə ziddiyyətli bəyanatlardan başqa real iş görülməyib. Bu, tərəflərin öhdəliklərə nə dərəcə əməl etməsinin nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə