Milli Məclisdə qalmaqal: İbrahimli və İbrahimqızı nəyi bölüşdürə bilmədi?
Yusif Nəzərli
10:34 15.02.2022
Cəmiyyət
648
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
“Report”un xəbərinə görə, deputat M.İbrahimqızı çıxışında bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deyib.
Qeyd edək ki, parlamentin fevralın 1-də keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimıqızı qadın mollaların savadsızlığı və cəhalətlə bağlı məsələlərin qanunla tənzimlənməsini təklif etmişdi. Milli Məclisin bugünkü iclasında isə qanuna dəyişiklikləri II oxunuşda müzakirəyə təqdim edən vitse-spiker Fəzail İbrahimli deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərəkən deyib ki, yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkə yoxdur. Daha sonra F.İbrahimli Cəlil Məmmədquluzadənin “Ölülər” pyesindən bir neçə sitat səsləndirib.
M.İbrahimqızı isə bu gün F.İbrahimliyə cavabında bildirib ki, bütün sahələrdə belə hallar var:
“Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”.
Fəzail İbrahimli öz növbəsində qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir:
“Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə