Oğuzda 100-ə yaxın ağac kəsilib
Yusif Nəzərli
10:06 07.02.2022
Cəmiyyət
419
Oğuz rayonunun Çaldaş kəndi ərazisində qiymətli ağaclar kəsilib. Hazırda ərazidə saqqız ağacları, nadir şam nümunələri də daxil olmaqla 100-ə qədər ağac kəsilib.
"Report"un Şimal-qərb bürosuna bu barədə Çaldaş kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, örüş sahəsi yaxınlığında Türyançay Dövlət Təbiət Qoruğu ərazisində qiymətli ağaclar da daxil olmaqla 100-ə qədər ağacların kəsildiyinin şahidi olublar. Sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər.
Çaldaş kəndinin daxil olduğu Böyük Söyüdlü bələdiyyəsindən bildirilib ki, sözü gedən ağacların kəsildiyi ərazi kənd ərazisi deyil: "Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir. Ağacların kəsildiyi meşə ərazisinin bizim kəndimizə heç bir adiyyəti yoxdur".
Türyançay Dövlət Təbiət Qoruğundan isə bildirilib ki, ağacların kəsildiyi əraziyə baxış keçirilib: "Biz ağacların kəsildiyi meşə ərazisinə baxış keçirdik və müəyyən etdik ki, həmin ərazi Türyançay qoruğuna daxil olmayan meşə ərazisidir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, artıq araşdırmalara başlanılıb: "Faktla əlaqədar komissiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılır. Araşdırmaların nəticəsindən sonra ağacların hansı əraziyə aid olduğu müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual