Oqtay Gülalıyev komadan ayıla bilər
18:15 19.12.2019
Cəmiyyət
563
Türkiyədə komada olan və müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı günbəgün xoş xəbərlər gəlir. Bu gün hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev yeni məlumat paylaşıb. “Bu gün atamın EEG müayinəsi üçün Bülent Kahyaoğlu adlı həkim gəlib. Onun rəyinə görə, atamın komadan ayılma ehtimalı çoxdur. Amma təəssüflə bildirib ki, baş nahiyyəsində zərbə ağır olduğuna görə və az da olsa "ödəm" (su yığılması – red.) qaldığı üçün zamana ehtiyacımız var. Çəkilən son fotosundan da göründüyü kimi atam sağ gözünü az da olsa, açmaq istəyib”, - T.Gülalıyev bildirib.
Xatırladaq ki, O.Gülalıyev 29 oktyabrda saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçmək istəyərkən piyada keçidininin üzərində, taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə vurulub. Yaralanan hüquq müdafiəçisi əvvəlcə 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə baş verən günün səhərisi isə "City Hospital"da əməliyyat olunub. Noyabrın 1-də “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.
Səhhəti ağırlaşan O.Gülalıyev 6 noyabrda Heydər Əliyev Fondu tərəfindənxüsusi təyyarə ilə Türkiyə aparılıb və İstanbulda yerləşən Avrasiya Xəstəxanasına yerləşdirilib. Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisinin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.
Baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya