Ramin Nurəhmədov işdən çıxdı

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvü Ramin Nurəhmədov öz ərizəsi əsasında işdən çıxıb.

Sherg.az Report-a istinadən xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

R. Nurəhmədov bu vəzifəyə 2023-cü ildə təyin olunmuşdu.