Şəhid ailələrinə və Qarabağ əlillərinə ev verildi
12:26 26.12.2019
Cəmiyyət
644
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda və Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 36 mənzil şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi olan vətəndaşlara təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısı nəticəsində həmin vətəndaşların sosial müdafiəsi tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı proqramı da uğurla davam etdirilir.
Nazir müavini qeyd edib ki, ötən il bu kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdisə, 2019-cu ildə bundan 50 faizədək çox olmaqla 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7400-ə yaxındır.
A.Kərimov eyni zamanda bu il nazirlik tərəfindən 600 avtomobilin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara verildiyini, qeyd olunan vətəndaşların indiyədək 6573 minik avtomobili ilə təmin edildiklərini deyib.
Bu gün nazirlik tərəfindən Abşeron rayonunda mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun ailəsidir. Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil təqdim edilib.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə əlilləri onların rifah halının yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya