SOS ! İntiharlar cavanlaşıb: 14 yaşlı yeniyetmə... - Ailədən qopmalar
Fidan Həmişəyeva
14:19 13.04.2021
Cəmiyyət
841
“Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar”
“Əslində, bu, belə də olur. Çünki yaşanan peşimanlıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir”
Bakıda 14 yaşlı yeniyetmə intihar edib. Muradxan adlı yeniyetmə Nizami rayonu ərazisində, Xəzər Universitetinin yaxınlığında özünü 14-cü mərtəbədən atıb. O, hadisə yerində keçinib.
Yeniyetmənin valideynlərinin əslən Füzuli rayonundan olduğu bildirilir. Hadisə ilə bağlı polis araşdırma aparır. Xəbərə görə Muradxan intihardan əvvəl bu əməli ilə bağlı məktub yazıb.
Son vaxtlar ölkəmizdə intihar hallarının artığını söyləyən psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a təəssüf hissi ilə bildirib ki, hər yaşda olan insan çıxış yolunu intiharda görür. Onun sözlərinə görə, yeniyetmələrin intihara meyl etmələrinin bir çox səbəbləri var:
“Məsələn, valideynlə uşaqlar arasında olan münasibətləri demək olar. Böyüklər düşünürlər ki, uşaqlar onları başa düşmür. Uşaqlar da həmçinin. Beləliklə valideynlə uşaqlar arasında uçurum yaranır. Fikrimə, hadisə ciddi şəkildə araşdırılmalıdır. Təbii ki, psixoloji məqamlar çoxdur. İnsanların daxilindəki özgüvənsizlik, özünü ailəyə və cəmiyyətə təsdiq edə bilməmək baş verir. Əlbəttə, bütün bunlar nəticədir, səbəb isə daha dərində “yatır”. Mənəvi aclıq, dinlənilməmək çox böyük fəsadlara yol açır. Bu gün cəmiyyətimizdə dinləmək kimi bir problem var. Empati bacarığının aşağı düşməsi mənəvi aclığa gətirib çıxarır. Nəticədə yaranan aqressiya və özünəqapanma insanın canın qıymasına səbəb olur.
İntihar psixoloji ruh halıdır və bu halda insanın bütün mənəvi dəyərləri özünüdərk mövqeyini itirir. Ona görə də bir dəfə intihara cəhd edən şəxs yenə də bu yola əl ata bilər.
Dövlət və qeyri hökumət təşkilatları tərəfindən müxtəlif tədbirlər görülməlidir. İstər məktəb və bağçalarda, istərsə də iş yerlərində müvafiq tədbirlərə ehtiyac var. Bir insan özündə və sevdiyi insanlardan qopanda, onlar tərəfindən dinlənilməyəndə intihara əl atır. Çünki mənəvi aclıq insana hər şey etdirə bilir”.
F.Mehmanqızı qeyd edib ki, yeniyetmə və gənclər sosial şəbəklərdə hər kəsin yaxşı şəkildə yaşadığını, hər bir şəraiti olduqlarını düşünürlər. Buna görə də onların valideynlərdən müəyyən tələbləri olur:
“Valideynlər də bu tələblərə cavab verə bilmədiklərinə görə, qopmalar baş verir. Sanki valideyn onların azadlıqlarını əlindən alır, maddi durum yoxdur deyə, valideynlə müəyyən problem yaşanmalıdır. Ona görə bu gün yeniyetmələr intihara meyilli olurlar. Uşaqlar o anda elə düşünürlər ki, onlar intihar etməklə valideynlərin cəzalandıracaqlar. Əslində, bu, belə də olur. Çünki yaşanan peşimanlıq və depressiya valideyn üçün ən böyük cəzaya çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya