Təcili yardım 40 dəqiqə sonra hadisə yerinə gəldi - VİDEO
13:46 23.12.2019
Cəmiyyət
618
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Təcili Tibbi Yardım avtomobilinin hadisə yerinə gec gəlməsindən şikayətlənib.
X.Hidayətqızı sosial şəbəkədə hadisə yerindən video yayaraq “Xəzər” televiziyasının qarşısında qəza baş verdiyini bildirib. O qeyd edib ki, bir neçə hadisə şahidi 103 xidmətinə zəng etsə də, təcili tibbi yardım avtomobili 40 dəqiqə sonra hadisə yerinə gəlib: “Yol da bağlı deyildi ki, deyələr tıxac idi. İnşalllah, o qız ölməz”.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətəuyğun deyil. Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, Kliniki Tibbi Mərkəzdə (KTM) qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya