Tolik Əlidən və bütün əsgərlərdən üzr istəməlidir
Məlahət Rzayeva
09:00 06.01.2021
Cəmiyyət
849
Belə adamların zaman-zaman xalqa qarşı bu cür təhqiredici davranışları, çıxışları vaxtilə onları efirlərə “ağa” yapanların işinin nəticəsidir
“Bu, biabırçılıqdı və böyük tərbiyəsizlikdi. Gözləyirik ki, Tolik üzrxahlıq etsin, Əlidən və onun simasında bütün əsgərlərdən üzr istəsin”.
Bu sözləri “Şərq”ə açıqlamasında Qarabağ döyüşçüsü, qazi Rey Kərimoğlu dedi. Qazi olmaqla yanaşı, həm də uzun illər media sahəsində çalışmış jurnalist kimi Rey Kərimoğlu hesab edir ki, toliklərin və ona bənzərlərin zaman-zaman xalqa qarşı bu cür təhqiredici davranışları, çıxışları vaxtilə onları efirlərə “ağa” yapanların işinin nəticəsidir:
- Bir aparıcının, hansısa şoumenin, zəfər qazanmış, müharibə şəraitində nitq qabiliyyətini itirmiş Azərbaycan Ordusu əsgərinə, dönə-dönə xalqdan üzr istəyərək təkrarlayıram, “kül başına” deməsinə xalqı təhqir etməkdən başqa ad qoymaq olmaz. Bu, açıq-aşkar xalqın təhqir edilməsidir. Heç kimə ixtiyar verilməyib ki, əsgəri alçaltsın, onu təhqir etsin. Birinci dəfə deyil ki, bəzi tv aparıcıların, şou-biznes nümayəndələrinin danışıqlarında, davranışlarında etikadan kənar, nə media qanunlarına, nə etik davranış qaydalarına sığan hərəkətlər, danışıqlar görürük.
Təəssüf ki, belə hallar tez-tez təkrarlanır. Amma bu dəfə təhqirə məruz qalan Azərbaycan əsgəri oldu. Mən bu adamın (aparıcı Tarixi nəzərdə tutur) xəstəliyini qoyuram kənara, danışığı da tərbiyəsizdi.
Bunun da əsl səbəbkarları onun kimilərin efirlərə ayaq açmasına vaxtilə şərait yaradanlardı. Yaxşı ki, cənab Prezident belələrini vəzifədən kənarlaşdırdı. Amma görürük ki, onların zamanında əl-qol açmalarına şərait yaratdıqları efirdən qovulsalar da, indi də sosial şəbəkədə, “youtube” kanalında köhnə peşələrini davam etdirirlər. Bu adamlar zəli kimidi. Bir telekanaldan qovulurlar, başqasına transfer edirlər, ordan da qovulanda internet üzərindən fəaliyyətə keçirlər.
Tolik kimiləri çoxdur. Onların məramı ancaq qazanc əldə etməkdir. Kimlərinsə hesabına var-dövlətə sahibləniblər, guya ki, köməksizlərə yardım edirlər. Amma əsl şirkin niyyətləri bəzən üzə çıxır. Döyüş şəraitində nitqində qüsur yaranmış Azərbaycan əsgərinə bahalı telefon nümayiş etdirib, "bir kəlmə de, bu telefon sənindi”, söyləmək Tolikin nə həddinədi? Tolik kimdi ki, canını Vətən uğrunda fəda edən əsgəri aşağılasın?
O belə hərəkəti ilə əsgəri aşağılaya bilməz, ancaq özünün alçaq olduğunu göstərə bilər. Göstərdi də. Cəmiyyət buna təpki verməlidir və onu əsgərlərdən üzr istəməyə məcbur etməlidi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm