Türkiyədə işləməyə gedənlərin NƏZƏRİNƏ: Daha bununla icazə ala bilməyəcəklər
16:17 03.01.2020
Cəmiyyət
501
2020-ci ildən etibarən xarici vətəndaşların Türkiyədə kirayə müqaviləsi əsasında qalmasına icazə verilməyəcək. Bu barədə Türkiyənin miqrasiya xidmətinin GOÇ idarəsinin açıqlamasında bildirilir. Xatırladaq ki indiyədək xarici vətəndaşlar Türkiyədə üç əsasla yaşaya bilərdilər – daşınmaz əmlak sahibi olmaqla, Türkiyədəki işəgötürənlə əmək müqaviləsi bağlamaqla və kirayə müqaviləsi ilə.
İlk iki şərt əksər xaricilər üçün mümkünsüz olduğundan Türkiyəyə işləməyə gedənlərin əksəriyyəti, o cümlədən Azərbaycan vətəndaşları da qardaş ölkədə kirayə müqaviləsi bağlamaqla yaşayırdılar. Kirayə kontraktı ilə qalanlara turist kimi qalanlar deyirlər və bunun üçün Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək tələb olunurdu.
İndi isə, qanunverciliyə son dəyişikliklərdən sonra artıq kirayə müqaviləsi ilə yaşamaq mümkün olmayacaq. Ümumiyyətlə, hazırda Türkiyədə kirayə müqaviləsi ilə bir neçə milyon nəfər xarici vətəndaş yaşayır.
Bunların əksəriyyəti keçmiş SSRİ respeblikalarından, eləcə də ərəb ölkələri və Afrikadan gələnlərdir. Təkcə İstanbulda keçmiş sovet respublikalarının 2 milyona yaxın vətəndaşı yaşayıb işləyir.
Bundan sonra həmin şəxslər Türkiyədə yaşamaq üçün ya daşınmaz əmlak ədə etməli, ya da rəsmi iş taparaq işəgötürənlə rəsmi əmək müqaviləsi bağlamalıdırlar. İkinci variant daha çətin görünür, çünki Türkiyədə işləmək icazəsi olan xaricilərin sayı kvota ilə məhdudlaşır.
Türkiyədə daşınmaz əmlak şirkətlərindən FED.az-a bildirilib ki, hazırda Türkiyədə işləyənlərin 95%-i qanunsuz («qaçaq») işləyir. Belələrinin arasında ən çox türkmənlər, özbəklər, tacik, qırğız və azərbaycanlılar var. Türkiyədə təqribən 300 min Ermənistan vətəndaşı da qeyri-rəsmi çalışır.
Belələri bazarlarda, mebel firmalarında, eləcə də zərgər və sair sahələrdə çalışırlar. Bundan başqa, Qara dəniz sahillərindəki kurortlarda gürcülər və Afrika ölkələrindən gələnlər çalışır. Türkiyənin turizm sektorunda çalışan xaricilərin sayı xüsusilə çoxdur. Antaliyadan tutmuş İzmirə qədər kafe-restoranlarda işləyən qarsonlar, ofisiantlar, meyvə-dondurma, ayaqqabı-geyim satanlar və otel işçiləri xaricilərdir.
Xaricilər buradan öz ölkələrinə küll miqdarda vəsait də göndərirlər. Yeni qanundan sonra rəsmi qurumların bu sahəyə nəzarətinin də kəskin artacağı gözlənilir.
Əmlak şirkətlərindən bildirilib ki, yeni qayda – yəni kirayə müqaviləsinin ödkədə yaşamaq üçün əsas olmaması kirayə evlərə tələbatı və bu sahədən gəlirləri azalda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya