Üç min gələnimiz var, beş min gedənimiz
16:20 20.12.2019
Cəmiyyət
701
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90,0 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanı (46,1 faiz), Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), Özbəkistan (27,3 faiz), İspaniya (26,6 faiz), Filippin (26,5 faiz), Böyük Britaniya (26,5 faiz), Qazaxıstan (24,1 faiz), Cənubi Koreya (20,2 faiz), Gürcüstan (20,1 faiz) və Almaniya (19,8 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz artaraq 130,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1060,0 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi dəmir yolu və avtomobil, 40,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5095,0 min nəfər olub. Ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə getmişdir. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb. Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya