Ermənistan hökumətinin növbəti beş il üçün fəaliyyət planının layihəsi Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
Baş nazir Nikol Paşinyanın sədrliyi ilə 2026-2031-ci illər üçün hökumət proqramının layihəsinin müzakirəsi üçün iclas keçirilib.
Məlumata görə, prioritetlər, müxtəlif sahələrdə gözlənilən hədəflər, planlaşdırılan fəaliyyətlər və digər məsələlər müzakirə olunub.
Departament rəhbərləri təklif və iradlarını bildiriblər. Baş nazir onlara layihəni mümkün qədər tez bir zamanda yenidən nəzərdən keçirməyi və hökumət tərəfindən təsdiqləndikdən sonra parlamentə təqdim etməyi tapşırıb. lə