Bircə mesaj, görüntü bəzən bəs edir
Yusif Nəzərli
06:02 23.11.2021
Sağlamlıq
738
Koronavirus xəstələri bəzən bir kəlmə sözdən belə sağalmağa başlayır
Reanimasiyada yatan xəstələrə ailələri ilə əlaqə saxlamağa şərait yaradılır
Ankara Yıldırım Bəyazid Universiteti reanimasiyada yatan xəstələrin əhval-ruhiyyəsinin yüksəldilməsinə yönəlik layihənin icrasına başlayıb.
“Ahabertürk”ün məlumatına görə, layihə reanimasiyada yatan COVİD xəstələri üçün ailə üzvləri, doğmaları ilə məsafədən bağlantı yaratmaqdır.
Oksigen aparatına bağlı yataq xəstələrinə tibb bacıları, həkimlər planşet, smartfon təqdim edir və yaxınları ilə ünsiyyət qurmaq, söhbət etmək, görüntülü danışmaq imkanı yaradırlar.
Beləliklə də xəstəni və yaxınlarını nigaranlıqdan azad edirlər. Xəstə əzizlərini, əzizləri də onu da görür. Layihə haqqında “ahabertürk”ə danışan Ankara Yıldırım Bəyazid Universitetinin müəllimi Esma Kabasakal bildirir ki, reanimasiya şöbələri xəstənin təcrid olunduğu, bəzən hətta barmağının belə tərpədə bilmədiyi qədər pərişan halda olduğu yerdir.
Eyni zamanda çox zaman da həyata vida edilən məkandır.
Burada olanlar bəzən doğmalarına, yaxınlarına son sözlərini söyləmək imkanından məhrum olur. Doğmalarını, sevdiklərini, ailə üzvlərini son dəfə dünya gözü ilə görmədən həyatla vidalaşır. Xüsusilə də koronavirus pandemiyası dövründə reanimasiya şöbələrinin ağırlığı bir də on qat artdı.
“Adi” xəstəliklər, keçirilən əməliyyatlar sonrası ailə üzvləri xəstənin palataya köçürülməsini səbirsizliklə gözləyir ki, doğması ilə qısa da olsa görüşə bilsin.
Koronavirus zamanı isə məhz real yoluxma təhlükəsi ilə hətta ən kiçik təmasa da izn verilmir. Reanimasiyada yatan COVİD xəstələri də bu səbəbdən doğmaları ilə, ailə üzvləri ilə nə danışa bilir, nə də üzlərini görə bilirlər. Nəticədə içəridə yatan da kədərli, çöldə onun həyatına görə narahatlıq keçirən də.
Ən pisi də budur ki, intizar çəkən hər iki tərəfdir. Və bir-birinin narahat olduğunu da bilirlər. Bu isə xəstənin əhval-ruhiyyəsinə mənfi təsir edir, nəticə etibarilə sağalma müddətini ləngidir. Layihə “Reanimasiya xəstələrinı yönəlik ailə qarşılıqlı təsir layihəsi” adlanır. Ə.Kabasakal bu layihəni çox lazımlı və uğurlu hesab edir:
“Reanimasiya şöbələrində yatan xəstələrin vəziyyəti anidən dəyişə bilir. Sağalmağa doğru da, vəfata yönəlik də. İnsanlar bəzən ölümdən sadəcə, bir addım uzaqda dayanır. Belə vəziyyətdə xəstəyə mənəvi dəstək olmaq olduqca vacibdir. Bunu xəstənin doğmalarından, yaxınlarından ən yaxşı kim edə bilər? Məsələ, təkcə xəstəyə mənəvi dəstək vermək də deyil, eyni zamanda xəstə yaxınlarını da intizardan xilas etməkdir. Bir xəstəyə ailəsindən gələn mesaj, bir paylaşım, bir foto bilsəniz nə qədər müsbət təsir edir.
Xəstə var ki, övladının bir kəlmə sözüylə canlanır, həyata bağlanır, sağalmağa başlayır. Biz bu layihəni məhz ağır vəziyyətdə olan, ölümlə həyat arasında çırpınan insanlar üçün icra etməyi vacib bildik”.
Layihəni icra edən tibb işçiləri xəstənin yaxınlarından alınan mesajları oxuyur və ya xəstənin özünə oxutdurur. Ailə üzvləri tərəfindən çəkilib göndərilən videoları izlədirlər. Bu layihə 50 nəfərlik qruplarda təcrübədən keçirilib. Nəticələr inanılmaz dərəcədə müsbət olub. Ağır vəziyyətdə olan xəstələrdə müsbət dəyişikliklər qeydə alınıb, orqanizmin gücləndiyi müşahidə edilib.
Layihə ilə bağlı Türkiyə Səhiyyə Nazirliyinin razılığı alınıb, yaxın zamanda ölkə üzrə tətbiqinin reallaşdırılması mümkün görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm