Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin görüşü keçirildi
09:20 07.08.2023
Dünya
584
Türkmənistanın paytaxtı Aşqabadda Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin üçtərəfli zirvə toplantısı keçirilib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, ilk dəfə keçirilən sammit ənənəvi dostluq, mehriban qonşuluq və hökumətlərarası münasibətlərdə yeni səhifə, çoxtərəfli əlaqələrin gələcək inkişafı üçün möhkəm əsas kimi qiymətləndirilib.
Görüşün yekunlarına dair birgə bəyannamə qəbul edilib. Sammitdən sonra Türkmənistan Xarici İşlər Nazirliyində üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib ki, budəfəki sammit üç ölkə arasında əməkdaşlığın və dostluğun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Sammitin gündəliyində üç əsas məsələ var. Amudərya çayının su ehtiyatlarından səmərəli istifadə, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və aktivləşdirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, logistika və nəqliyyat əməliyyatlarının genişləndirilməsi əsas məsələlərdir", - deyə Meredov qeyd edib.
Regionun bütün xüsusi iqlim-coğrafi xüsusiyyətlərinin qorunması və su ehtiyatlarından səmərəli istifadə kimi əsas məsələlərin mühüm problemlər sırasında olduğunu vurğulayan Meredov qeyd edib ki, bu kontekstdə ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq uğurla həyata keçirilir.
"Türkmənistan böyük təbii qaz ehtiyatlarına malikdir. Qaz ixracının tədarükünün şaxələndirilməsi, o cümlədən, tranzit istehsalçı və istehlakçıların maraqları ilə enerji balansının qorunması bizim üçün əsas prinsiplərdir", - deyə Türkmənistanın xarici işlər naziri əlavə edib.
Meredov nəqliyyat və logistika sahəsinin üç ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, sammitdə Tacikistan-Özbəkistan-Türkmənistan nəqliyyat dəhlizinin yaradılması, bu sahədə qiymətlərin müəyyən edilməsi və nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılacaq addımların ətraflı müzakirə olunduğunu deyib.
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin isə, əsasən, üç ölkə arasında ticarət və iqtisadi əlaqələrə toxunub.
Özbəkistanın xarici işlər naziri Bəhtiyar Saidov sammitin nəticələrinin regional əməkdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. İlk dəfə keçirilən sammitə yüksək səviyyədə hazırlıq görüldüyünü deyən Saidov xüsusilə xarici işlər nazirləri səviyyəsində onlayn görüşlərin keçirildiyini, üç ölkədən ekspertlər səviyyəsində çoxlu görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya