
Ekspertdən sərt tənqid: Tələbədən pul almaq düzgün deyil
13:06 30.09.2024
Elm və Təhsil
864
Rüşvət aldığı iddia edilən müəllim işdən azad edilib.
Bu barədə Gencexeber.az-a Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, GDU-nun Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə GDU-da diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilib və müvafiq videogörüntülər yayılıb. Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün tələbələrdən 10 manat məbləğində pul istəyib.
Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat yığılıb.
Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a bildirib ki, müəllim bu tələbi etməməli idi:

“Tələbə diplom üçün hər hansı ödəniş etməlidir deyə bir öhdəlik yoxdur. Ödənişli təhsil alırsa, həmin tələbə zatən ödəniş edib. Həmçinin dövlət sifarişində oxusa belə bu əsas vermir ki, ondan pul tələb edilsin. Müəllim diplom gətirmək üçün taksi tutur və öz cibindən maliyyə xərcləyirsə, o zaman tələbələrdən verdiyi pulu tələb edə bilər. Əslində diplomların gətirilməsi üçün universitet maşın tutmalıdır. Tələbədən pul almaq düzgün deyil. Əgər müəllim pul tələb edirdisə, tələbələr haqqlarını tələb etməli idilər. Həmin şəxs vəzifədən çıxarılması doğru addımdır. Belə bir faktın olması digərləri üçün də örnək təşkil edəcək. Yəni bu gün pulu tələb edib işdən çıxıbsa, digər müəllimlər mənim də başına gələ bilər qorxusu ilə üzləşəcəklər. Ümumiyyətlə araşdırsaq görərik ki, ali təhsil müəssisələrinin 75 faizində bu hal yaşanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual