Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb
Yusif Nəzərli
17:12 18.12.2024
Elm və Təhsil
716
Elm və Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.
APA xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Səbail və Nizami rayonlarının məktəb direktorları iştirak ediblər.
Emin Əmrullayev görüş iştirakçılarını salamlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar, cari ildə əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışıb. Nazir təhsil sahəsində islahatların davamlı olaraq aparıldığını və idarəetmənin bu prosesin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini xüsusi qeyd edib.
Nazir görüşdə məktəblərin qarşısında duran müasir çağırışlar, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə diqqət çəkib. O, həmçinin elektron xidmətlərdən daha geniş və effektiv istifadənin zəruriliyini vurğulayıb. Təhsilin keyfiyyətinin artırılması, öyrənmə mühitinin təkmilləşdirilməsi və idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.
Eyni zamanda görüş zamanı məktəb və müəllim nüfuzu ətrafında geniş müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədə mövcud problemlərin həlli yolları müzakirə olunub. Nazir sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin daha səmərəli şəkildə qurulması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə tövsiyələrini verib.
Görüş çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunub, müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təkliflər dinlənilib və müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya