Ağ Evdə parçalanma: ABŞ kəşfiyyat rəhbəri Yaxın Şərq danışıqlarından kənarlaşdırıldı
09:24 19.06.2025
Dünya
359
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard Yaxın Şərqdəki münaqişəyə dair rəsmi müzakirələrdən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Qabbardın uzaqlaşdırılması onun Prezident Donald Trampla İranın hərbi nüvə proqramı məsələsində fikir ayrılığına görədir.
Qeyd olunur ki, ABŞ kəşfiyyatı daha əvvəl Senat üzvlərinə təqdim etdiyi məlumatda İranın nüvə silahı hazırladığına dair heç bir sübutun olmadığını bəyan edib. Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner də bildirib ki, kəşfiyyat orqanlarının məlumatlarına əsasən, İranın hərbi nüvə proqramının mövcudluğuna dair heç bir əsaslı dəlil yoxdur.
Tulsi Qabbard açıq şəkildə ABŞ ordusunun İran-İsrail münaqişəsinə müdaxiləsinə qarşı çıxıb. O, həmçinin məsələni diplomatik yolla həll etmək üçün Avropa ölkələri ilə gizli məsləhətləşmələr aparıb və İranla danışıqların təşkili yollarını müzakirə edib.
Prezident Donald Tramp isə Qabbardın bu mövqeyini şərh edərkən bildirib ki, kəşfiyyat məlumatları onu maraqlandırmır.
Bununla belə, İranla bağlı fikir ayrılığına baxmayaraq, Tulsi Qabbardın ABŞ administrasiyasını tərk edəcəyi ehtimal olunmur. Hətta Tramp İrandakı nüvə obyektlərinə hücum qərarı versə belə, onun istefası gözlənilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya