Aİ bu il Əfqanıstana humanitar yardım üçün 161 milyon avro ayıracaq
Yusif Nəzərli
15:43 17.06.2025
Dünya
341
Brüsseldə Avropa İttifaqı rəsmilərinin Əfqanıstandakı vəziyyətlə bağlı görüşündə ölkənin və qonşu regionların ən həssas təbəqələrinə humanitar yardım göstərmək üçün vəsait elan edilib.
"Report"un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, ümumi məbləği 161 milyon avro olan vəsaitin böyük hissəsi - 141 milyon avrodan çoxu ölkədə fəaliyyət göstərən humanitar təşkilatlara yönəldiləcək.
Qalan vəsait isə Əfqanıstan vətəndaşlarına, həmçinin Pakistan və İrandakı qaçqınlara yardıma yönəldiləcək.
Yardım proqramının bir hissəsi olaraq, Aİ-dən Əfqanıstana 100 tona yaxın zəruri humanitar ləvazimatları çatdıracaq yeni bir uçuş planlaşdırılır.
Aİ-nin yeni maliyyələşdirməsinə ərzaq yardımı, səhiyyə xidmətləri və qida çatışmazlığının müalicəsi, eləcə də ucqar ərazilərdə təmiz su və kanalizasiyaya çıxışın yaxşılaşdırılması daxildir. Proqram, həmçinin həssas qrupların, o cümlədən risk altında olan insanların hüquqlarının müdafiəsini nəzərdə tutur.
Aİ humanitar yardımı yalnız yerdə çalışan humanitar tərəfdaşlar vasitəsilə həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə