
Ankaradan Paşinyana real yol xəritəsi: Türkiyəsiz Ermənistan Avropaya topal ördək kimi gedəcək
Yusif Nəzərli
05:27 19.06.2025
Dünya
466
“Paşinyan üçün seçki qalibiyyəti Zəngəzurdan keçir – sülh imzası ya qurtuluş, ya da son olacaq”
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Alen Simonyan Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcəyini açıqlayıb. Erməni spiker qeyd edib ki, Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər. Məlum olduğu kimi hazırda Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr qurulmayıb və iki ölkə sərhədi 1993-cü ildən bəri bağlıdır. 2022-ci ildən bu yana Ankara ilə İrəvan arasında normallaşma istiqamətində xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparılır. Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən görüşlərdə üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsi və birbaşa yük daşımalarının bərpası məsələlərində razılıq əldə olunmuşdu. Bu səfər normallaşma prosesində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfərin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə eyni dövrə təsadüf etməsi, Ankaranın regiondakı vasitəçilik rolunu daha da gücləndirə bilər. Eyni zamanda, bu səfər Ermənistanın Rusiyadan uzaqlaşıb alternativ tərəfdaşlarla münasibət qurmaq istəyini də əks etdirir.
Politoloq Natiq Miri deyib ki, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması Azərbaycanla sülhün əldə olunmasından keçir. Ekspert bildirib ki, İrəvan bu məsələdə nə qədər aktiv olsa da, öz havadar dövlətlərinə bu yöndə yalvarsa da, Bakı ilə sülh müqaviləsi imzalanmadan, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmayanadək Ermənistan-Türkiyə münasibətləri tənzimlənməyəcək:

"Hətta Ermənistan tərəfi gündə 20 dəfə "soyqırımı olmayıb, bu iddialar yalandır" bəyanatını səsləndirsə belə, Türkiyədən hansısa güzəşt xarakterli addım atılmayacaq. Bu, birmənalıdır. Ermənistanın baş nazirinin Türkiyəyə çağırılmasında da əsas məqsəd bu reallıqların Paşinyanın diqqətinə çatdırılmasıdır. Yəni Ankarada baş nazirdən bu yöndə hərəkət etməsi, siyasət yürütməsi tələb olunacaq. Çünki Türkiyə ilə münasibətlərin tənzimlənməsi Ermənistanın Avropaya inteqrasiya yolunu açır. Türkiyə ilə sərhədlər, kommunikasiya açılmadan, normal münasibətlər sistemi qurulmadan, diplomatik əlaqələr olmadan heç bir normallaşmadan söhbət gedə bilməz. Türkiyəsiz Ermənistan Qərbə inteqrasiya siyasətində topal "ördək kimi" hərəkət edəcək. Ona görə Türkiyə Ermənistan üçün olmazsa olmazdır".
Analitik vurğulayıb ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək:
"Seçkilərdə Nikol Paşinyanın siyasi uğuru Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə normal münasibətlərin qurulması, sərhədlərin, kommunikasiyaların açılması olacaq. Bu, parlament seçkiləri öncəsi Paşinyanın əlində ən böyük qalibiyyət bayrağı olacaq. Ona görə də bu məsələləri həll etmək üçün həlledici görüşə ehtiyac var. Türkiyə və Ermənistan rəhbərliyi bugünədək ancaq ayaqüstü söhbətlər ediblər. Ankarada baş tutacaq görüş çoxtəməlli görüş olacaq. Görüşdən konkret nəticələr çıxa bilər.
N.Miri əlavə edib ki, İran-İsrail gərginliyi fonunda Ermənistanın ciddi narahatlığı ortadadır:
"İran indiki vəziyyətdə Ermənistan hayında olmayacaq. Dünənədək "Zəngəzur dəhlizini biz əngəllədik" deyən siyasətçilərin bu gün səsini eşidən yoxdur. Ümumiyyətlə, efirdə görünmürlər, çünki sadəcə "hava atırdılar". İranın öz canının hayına qaldığı bir vəziyyətdə Azərbaycan bu şəraitdən istifadə edərək Naxçıvanla quru yolundakı əngəli asanlıqla aradan qaldıra bilər. Bu məsələ Ermənistan siyasilərinin yuxusunu qaçırıb. Bunun reallaşmasını istəmirlərsə, Bakının tələbləri çərçivəsində kommunikasiya açılmalıdır".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya