Braziliya BRİKS-lə əməkdaşlığı gücləndirəcək
Yusif Nəzərli
13:03 27.07.2025
Dünya
320
Braziliya ABŞ-nin təzyiqlərinə baxmayaraq BRİKS ölkələri ilə əlaqələrini möhkəmləndirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim Financial Times qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Braziliyaya qarşı rüsum tətbiq etməklə hədələməsi ölkəni BRİKS-lə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Amorim vurğulayıb ki, Braziliya beynəlxalq münasibətlərini genişləndirmək və hər hansı bir ölkədən asılı olmamaq istəyir.
Prezidentin köməkçisi əlavə edib ki, Braziliya yalnız Rusiya, Çin və Hindistan kimi BRİKS üzvləri ilə deyil, Avropa, Asiya və Cənubi Amerikanın digər ölkələri ilə də əlaqələri dərinləşdirməkdə maraqlıdır.
Xatırladaq ki, Donald Tramp 1 avqustdan etibarən Braziliyadan idxal edilən bütün mallara 50 faizlik gömrük rüsumu tətbiq olunması barədə göstəriş verib. Cavab olaraq Braziliya prezidenti Lula da Silva iqtisadi qarşılıqlılıq prinsipini təsbit edən qanunun tətbiqinə dair fərman imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya