ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakında maraqlıdır.
Sherg.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
O qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi hələ müəyyənləşməyib. Sammitdə Putinin şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qərar son anda veriləcək.
Pankin Rusiyanın sammitdə yüksək səviyyədə təmsil olunacağını vurğulayıb.