Çin, Rusiya və Şimali Koreyanın müşahidəçi mövqeyi: İran savaşda təklənib
09:47 18.06.2025
Dünya
303
İsraillə münaqişənin kəskinləşməsi fonunda Çin İrana naməlum yük daşıyan nəqliyyat təyyarələri göndərib.
Bu iddia ilə Britaniyanın "The Telegraph" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, İrana iki "sirli" nəqliyyat təyyarəsi gəlib, onlardan biri Şanxaydan havaya qalxıb. Bildirilir ki, təyyarələr yola düşdükdən sonra Çinin şimalından qərbə uçub, Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçərək İran sərhədi yaxınlığında radarlardan itib.
Qeyd edək ki, daha öncə Çin ABŞ Prezidenti Donald Trampı İsrail və İran arasında münaqişənin alovuna “benzin tökməkdə” ittiham edib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, təbii ki, İranın israrlı mövqeyi münaqişədə çətin vəziyyətə düşdüyü barədə qətiyyən şübhə doğurmur:
"Çünki son dövrlərdə ABŞ İrana qarşı daha açıq şəkildə dəstək verməyə başlayıb. Üstəlik, Böyük Britaniya, Fransa və Almaniya kimi dövlətlər də İsraili tam şəkildə dəstəkləyir. Bu dəstək təkcə siyasi deyil, həm də silah-sursat və hərbi texnika ilə müşahidə olunur. İran isə savaşda təklənmiş vəziyyətdədir. Belə ki, onun dəstəyinə ümid bəslədiyi Çin, Rusiya və Şimali Koreya hələlik müşahidəçi mövqe tutmağa üstünlük verirlər. Onlar vaxtaşırı yalnız İsraili qınamaqla kifayətlənirlər. Bu baxımdan demək olar ki, hazırkı mərhələdə döyüş meydanında qüvvələr qeyri-bərabərdir. Eyni zamanda ABŞ-ın yaxın vaxtlarda birbaşa münaqişəyə daxil olmaq ehtimalı artır. Əgər bu baş verərsə, İran üçün vəziyyət daha təhlükəli və geriyə dönüşü olmayan bir mərhələyə keçə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə