Dövlət televiziyasının 19 jurnalisti koronavirusa yoluxub
17:40 23.03.2020
Dünya
789
İran dövlət televiziyasının 19 əməkdaşı koronavirusa yoluxaraq karantinə alınıb.
Jurnalistlər xəstəxanalardan reportaj hazırlayarkən xəstə adamlarla təmasda olduqlarına görə virusa yoluxublar.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 7 növ antibiotik və digər tibbi ləvazimatlardan ibarət yardımı Tehrana çatıb. ÜST-ün Tehran bürosundan verilən məlumatda deyilir ki, təşkilat İrana yardımlarını davam etdirəcək. Yaxın günlərdə təşkilatın virusoloq həkimlərdən ibarət heyəti İrana səfər edərək yerli həkimlərə kömək göstərəcək.
Bu gün Prezident Həsən Ruhaninin rəhbərliyi ilə İranın Nazirlər Şurasının iclası keçirilib. İclasda koronovirusla mübarizə və real vəziyyət müzakirə olunub. Səhiyyə naziri Səid Nemaki bildirib ki, koronavirusa yoluxanları aşkarlamaq üçün ölkə üzrə 40 min xüsusi tibbi mərkəz yaradılıb. Bu mərkəzlərdə 32 milyon insan testdən keçirilib.
İranın Şərqi Azərbaycan əyalətində koronovirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edənlərdən 200 nəfəri həyatını itirib. Təbriz Universitetinin tibb araşdırmalar mərkəzindən bildiriblər ki, fevral ayından bu günə kimi saxta spirtli içkidən 230 nəfər zəhərlənərək mərkəzə müraciət edib. Onlardan yalnız 30 nəfərin həyatını xilas etmək mümkün olub. AZƏRTAC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya