
"Hörümçək toru"nu Qərb toxuyub -İlqar Altaydan maraqlı ANALİZ
Yusif Nəzərli
09:00 16.06.2025
Dünya
424
"Rusiya prezidenti V.Putin, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü sülh danışıqlarını uzatmaqla düşünürdü ki, bu arada hərbi gücünü artırıb, daha çox Ukrayna ərazisi ələ keçirərək, sülh sazişidnə daha güclü mövqe ilə, daha çox şərtlər irəli sürə biləcək".
Bunu "Sherg.az"a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlqar Altay deyib.
Ekspert bildirib ki, Putin düşünmürdü ki, o arada Ukrayna və Qərb də boş oturmayacaq:

"Ukrayna Qərbin də dəstəyi ilə güclənə və üstün mövqeli ola bilərdi və görünür ki, elə də oldu. Ukrayna ordusunun Rusiyada ən güclü və dağıdıcı əməliyyatı baş tutdu. Kütləvi dron hücumu ilə, müxtəlif Rusiya bölgələrində beş böyük hərbi hava bazasına hücum edildi, xeyli sayda (45-dən çox) bahalı qırıcı və strateji bombardman, kəşfiyyat təyyarələri məhv edildi. Rusiya ordusu bu təyyarələr hesabına Ukraynaya hər dəfə dağıdıcı zərbələr endirirdi. Sual yaranır ki, Murmanskdan tutmuş İrkutska kimi, Ukraynadan 5000 km aralıdakı hərbi baza aerodromlara dron necə gedib çatıb? Özü də ki, kütləvi surətdə və həm Rusiya müdafiə sistemi bunu sezmədən? Ukrayna hərbi mərkəzi və bir çox şərhçilər buna izah verir ki, guya Rusiyanın ərazisinə yük iri maşınlarında dronlar göndərib, sonra o maşınlardan atılmışdır həmin dironlar. Nəsə, inandırıcı görsənmir bu versiya. Müxtəlif 5 Rusiya zonasına, şəhərlərinə o boyda tır maşınları içində yüzlərlə dron necə keçib və hərəkət edib, 5 min km məsafə, radiusda?! Dronu uçurtmaq, quş, göyərçin uçurtmaq deyil ki, qapısını aç tez yüzlərlə uçub getsin. Bunun üçün bir xüsusi yer, şərait, texniki imkan lazımdır. Məncə bu, Qərbin planıdır, texnoloji imkanıdır, Ukraynaya yaradıb".
İ.Altay bildirib ki, Ukrayna isə Qərbi ələ vermir, öz üzərinə götürür:
"Vacib, bahalı strateji bombardmançı təyyarələr, bazaların dəqiq yerlərini kəşfiyyat ilə müəyyən et, yüzlərlə dronu Rusiyanın ən əlçatmaz, dərin bölgələrində məxfi yerləşdir. Belə dəqiq, həm effektli əməliyyat qur! Ukrayna tək bacararmı?! Hələ, Ukrayna döyüş bölgəsində də Rusiya ordu hissələrinə sərt, gözlənilməz zərbələr başlanıb. ABŞ, Avropa bununla Kremlə deyir, sənə sülhü uzatmaq oyunu sərf etməz! Demək ki, Moskva içində belə, istənilən nöqtə vurula bilər. Hər an! Bundan sonra, Putin çətin bunkerdən çölə çıxa..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya