İran Azərbaycanla sərhəddə xüsusi radar sistemləri yerləşdirib
Yusif Nəzərli
08:24 21.04.2023
Dünya
874
Bununla bölgədə kəşfiyyat işləri apardığı və məlumatların Ermənistana da ötürüldüyü istisna deyil
İran Azərbaycanla sərhədə xüsusi radar sistemləri yerləşdirib. Bu barədə SEPAH-ın Qüds qanadına bağlı "Teleqram” kanalı yazıb. "Teleqram" kanalında qeyd edilib ki, İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Bakı-Tehran xəttindəki qarşıdurmada xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür: "Burada diqqətçəkən bir neçə məqam var:
Birincisi, radarlarla bağlı məlumatın niyə bu gün tirajlanmasıdır. Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfəri də cənubda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması “Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır” iddiasından əl çəkməyən İranın “güc nümayişi” sərgiləməsi kimi başa düşülə bilər. İkincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir".
Ekspertin qənaətincə, İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil: "44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan Ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya