İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatıb

Livanda martın 2-dən bəri İsrailin hücumlarında ölənlərin sayı 3666 nəfərə çatıb.

xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 11321 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, martın 2-də İsrail "Hizbullah"ın İrana dəstək kimi İsrailə hücum etməsini əsas gətirərək Livanda hərbi əməliyyatlara başlayıb.

Hazırda İsrailin Livanda hərbi əməliyyatları davam edir.