Nüvə çətiri böyüyür: Çin artıq dünyada ikinci qlobal güc mərkəzi kimi formalaşır
Yusif Nəzərli
11:17 16.06.2025
Dünya
492
Çin bir il ərzində özünün nüvə arsenalını 100 başlıq artırıb. Hazırda Çinin 600-dən çox nüvə başlığı var.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Çinin nüvə başlıqlarının sayı Böyük Britaniya və Fransanın birlikdə malik olduqlarından artıq olub.
Pekin öz arsenalını dünyanın digər ölkələrindən daha sürətlə genişləndirir.
SIPRI bildirib ki, 2023-cü ildən etibarən Çin hər il təxminən 100 yeni nüvə başlığı toplayır. Bu, ölkənin nüvə potensialının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Hazırda Çin nüvə başlıqlarının sayına görə yalnız üçüncü yeri tutur - Rusiyaya (5459 ədəd) və ABŞ-ə (5177 ədəd) uduzur.
Qeyd edilib ki, Rusiya və ABŞ dünyada mövcud olan nüvə silahlarının təxminən 90 faizinə sahibdir.
Hesabatda həmçinin bildirilib ki, 2025-ci ildə dünyada ümumi nüvə başlıqlarının sayı 12241-ə çatıb. Halbuki 2024-cü ildə bu rəqəm 12405 olub.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, Çin artıq dünyada ikinci qlobal güc mərkəzi kimi formalaşır:
"Bu, iqtisadi güclə bərabər siyasi geopolitik ambisiyaları önə gətirir. Son dövrlər biz Çinin fəal aktiv xarici siyasət yeritdiyini və beynəlxalq geopolitik mübarizədə ciddi rol aldığını görürük. Nüvə başlıqlarına sahib olmaq həm təhlükəsizlik çətirini təşkil edir, həm də supergüc iddiasını bir az da möhkəmləndirmək cəhdi kimi dəyərləndirilir. Rusiya-Ukrayna müharibəsinə nəzər salsaq, Moskvanın nüvə arsenalının miqdarı onun üçün böyük üstünlük verir. Digər tərəfdən Çin elə bir inkişaf mərhələsindədir ki, ona Qərbin və ABŞ-nin təzyiq imkanları çox da yüksək deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya