"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktub “sülh təşəbbüsü deyil, bacarıqsız təxribatdır”.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.
Nebenzya iddia edib ki, Kiyev danışıqlardan yayınmağa çalışır və bu cür müraciətlər yalnız siyasi və media effektinə hesablanıb.
Qeyd edək ki, Zelenski bundan əvvəl münaqişənin dayandırılması üçün birbaşa danışıqlar, əsir mübadiləsi və atəşkəs təklifi ilə çıxış etmişdi. Rusiya tərəfi isə danışıqlara hazır olduğunu, lakin legitim nümayəndələrlə görüşün mümkün olduğunu bəyan edib.