Xalq hiddətlənib: İlon Maskın fotosu Ukraynanın şərəf lövhələrindən silinib
09:10 13.10.2022
Dünya
405
Rusiya-Ukrayna müharibəsində öz sülh planını açıqlayan İlon Mask ukraynalıların hədəfi olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın liman şəhəri Odessada dünyanın ən varlı adamının fotosu Kiyevi dəstəkləyən beynəlxalq məşhurların təsvir olunduğu reklam lövhələrindən yığışdırılıb. Bu qərar Tesla şirkətinin baş direktorunun Rusiya-Ukrayna sülh planı haqqında tvit atmasından sonra verilib.
Maskın planı “ilhaq edilmiş ərazilərdə BMT-nin nəzarəti altında yeni səsvermənin keçirilməsini”, Krımın Rusiyanın tərkibində saxlanılmasını, Krıma su təchizatına zəmanət verilməsini və Ukraynanın neytral qalmasını nəzərdə tutur.
“Reklam departamenti İlon Maskın fotosunu reklam lövhələrindən silir, burada Ukraynanı dəstəkləyənlərə təşəkkürümüzü bildiririk”, - Odessa administrasiyası Telegram-a bildirib.
Odessa administrasiyası həmçinin meriya işçisi tərəfindən milyarderin üzünə böyük bir göy kağız parçası yapışdırdığını əks etdirən video da yayımlayıb.
Ukrayna prezidenti Zelenski Twitter-də sorğu keçirərək bu fikrə reaksiya verib.
O, izləyicilərindən hansı İlon Maskı daha çox bəyəndiklərini soruşub.
“Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı dəstəkləyən?”.
Qeyd edək ki, Avrasiya Qrupunun prezidenti, politoloq Yan Bremmer Tesla və Space X şirkətlərinin baş direktoru İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə danışdığını iddia edib. Musk isə bu iddianı təkzib edib.
Bremmer Twitter-də yazıb: "İlon Mask mənə Ukrayna mövzusunda Putin və Kremllə birbaşa danışdığını bildirdi. O, Kremlin qırmızı xətlərinin nədən ibarət olduğunu da söylədi”.
Bremmer abunəçilərinə göndərdiyi xəbər bülletenində də məsələnin təfərrüatlarını açıqlayıb. O, iddia edib ki, Mask Putinlə danışdıqdan sonra ona “Ukraynanın Rusiyanın ilhaq etdiyi Krımı işğal etməyə cəhd edəcəyi təqdirdə hər cür ehtimalın, o cümlədən nüvə hücumunun baş verə biləcəyini” deyib.
Bütün baş verənlərə Elon Mask "Heç kim Bremmerə etibar etməməlidir" cavabını verib. Tvitterdəki bu müzakirədən əvvəl Maska “Putinlə heç danışdınızmı” sualı verilib və Mask “Putinlə yalnız bir dəfə danışdım, 18 ay əvvəl idi və kosmosla bağlı idi” deyə cavab verib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil