Azərbaycan və Belarus münasibətləri artan xətt üzrə inkişaf edir - Millət vəkili
13:30 12.06.2023
Siyasət
1290
“Azərbaycan və Belarus arasındakı əlaqələr günü-gündən inkişaf etməkdədir"
Bunu "Sherg.az"a açıqalamasında millət vəkili, Azərbaycan-Belarusiya Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev iki ölkə arasındakı əlaqələri dəyərləndirərkən deyib:
O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün ilk gündən Belarus tərəfindən tanınması, beynəlxalq platformalarda bizim mövqeyimizi dəstəkləməsi, Azərbaycan və Belarus siyasi rəhbərliyi arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir:
"Həmçinin siyasi, diplomatik münasibətlərimizin yüksək səviyyədə olması ilə yanaşı, iqtisadi əlaqələrimiz də ürəy açandır. Belarusun kənd təsərrüfatı teknikasının Azərbaycanda yığılması və istifadə edilməsi, münasibətlərimizin əsas prioritet sahələrindəndir. Bununla yanaşı Azərbaycan məhsulları da Belarusa göndərilir və satılır".
Parlamentari əlavə edib ki, Belarus Azərbaycan hərbi sənayesinin inkişaf etdirilməsinə və ordumuzun arsenalında olan texnikanın müasirləşməsinə də öz töhfəsini verib:
"Azərbaycan Belarusdan hərbi texnikalar alır. Digər tərəfdən enerji resurslarının Belarusa göndərilməsi, bir çox iri şəhərlərə investisiyanın qoyulması Azərbaycan tərəfindən həyata keçirilir. Bu baxımdan Azərbaycan və Belarus münasibətləri artan xətt üzrə inkişaf edir. Hazırda baş verən Rusiya, Ukrayna müharibəsi fonunda, müəyyən dərəcədə durğunluq müşahidə edilsə və logistik baxımdan çətinliklər yaşansa da, münasibətlərin inkişafı üçün hər iki tərəf öz səylərini artırmaqdadır. Biz ümid edirik ki, diplomatik münasibətlərimizin 30 illiyi ərəfəsində Azərbaycanla Belarus arasında iqtisadi, mədəni, siyasi əlaqələr inkişaf edəcək və gələcəkdə də iki dövlət arasında mütəfiqliyin şahidi olacağıq".
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Belarusla ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edilib.
“Bu gün Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm