Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri ala bilər - Tramp
20:51 23.09.2025
Gündəm
417
Ukrayna NATO-nun köməyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri ala bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra bildirib.
"Hərbi-iqtisadi vəziyyətin Rusiya üçün doğurduğu iqtisadi problemləri nəzərə alsaq, Ukraynanın Avropa İttifaqının dəstəyi ilə döyüşərək əvvəlki təbii formasına qayıtması üçün hər cür imkan var. Ukraynanın zamanla Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə müharibədən əvvəll mövcud olan sərhədləri bərpa etməsi niyə də mümkün olmasın?" - deyə, ABŞ prezidenti qeyd edib.
Trampa görə, Rusiya üç il yarımdır mənasız müharibə aparır: "Rusiya bu müharibəni real hərbi qüdrətlə bir həftədən az müddətdə qazanacaqdı.Moskvada və Rusiyanın bütün böyük şəhərlərində, qəsəbələrində və rayonlarında yaşayan insanlar bu müharibə ilə bağlı nə baş verdiyini, pullarının böyük bir hissəsinin Ukrayna ilə mübarizəyə sərf edildiyini anlasalar, Ukrayna ölkəsini əvvəlki vəziyyətə qaytara və hətta irəli gedə bilər. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və Ukraynanın hərəkətə keçməyinin vaxtıdır. Müharibə Rusiyanın nüfuzunu artırmır, əksinə onu “kağızdan düzəldilmiş pələng”ə bənzədir. Ukraynada yüksək əhval-ruhiyyəyə malikdir və getdikcə güclənir. Bu, Rusiyanın zəifliyini nümayiş etdirir. Ukrayna hökuməti öz ölkəsini ilkin formasına qaytara, kim bilir, bəlkə də daha da irəli gedə bilər. Putin və Rusiya böyük iqtisadi sıxıntı içindədir və indi Ukraynanın hərəkətə keçmə vaxtıdır. Hər halda, mən hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-nu silahla təmin etməyə davam edəcəyik ki, NATO onlarla istədiyini edə bilsin. Hər kəsə uğurlar!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual