Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto
12:21 30.10.2024
Gündəm
382
Ötən gün Azərbaycan sərhədinə - Nerkin Hand kəndinə gələrək, sakinlərlə görüşən, daha sonra Azərbaycan mövqelərini izləyən Fransa bayraqlı avtomobil bu ölkənin Ermənistandakı səfirliyinin imiş.
Axar.az xəbər verir ki, bununla bağlı Fransanın Ermənistandakı səfiri Olivye Dekottini status yazıb.
Belə ki, Dekottini Azərbaycan mediasının Fransa bayraqlı avtomobilin sərhədimizə gəlməsi və bunun fransız kəşfiyyatı olması ehtimalı ilə bağlı xəbərini paylaşaraq, sərhədimizə özünün gəldiyini bildirib.
Qeyd edək ki, Fransa Ermənistana artıq hərbi attaşesini də təyin edib və AB “missiyası” adlanan qurumda bu ölkənin xüsusi xidmət orqanlarında çalışmış onlarla zabiti xidmət edir. Fransanın Ermənistandakı səfirliyinin isə casusluq fəaliyyətini himayə və birbaşa koordinasiya etdiyi istisna edilə bilməz. Yəni bir səfir Zəngəzura gəlirsə, Azərbaycanla sərhədi müşahidə edirsə, bu barədə - səfərin məqsədi, kimlərlə hansı səbəbdən görüşəcəyi və ya görüşdüyü barədə yerli mediada məlumat yayılır.
Fransa səfiri isə nədənsə Azərbaycan sərhədinə gələrkən, heç bir məlumat yaymamaq qərarı verib. Azərbaycan mediası bu videonu tirajlamasaydı, ümumiyyətlə Dekottini belə bir səfəri haqda məlumat da yaymayacaqdı.
Görəsən, səfirin digər ölkənin sərhədinə gedib, binoklla müşahidə aparmasının səbəbi nədir və bu haqda niyə əvvəlcədən məlumat yaymır? Dekottini Nerkin Handda nə gəzirdi?
Heç bu suallara da Dekottini cavab verməyi lazım bilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual