Azərbaycanın təzyiq vasitələri çoxdur:"Laçın dəhlizini bağlaya bilərik”
Banuçiçək Kalbalıyeva
09:28 27.08.2021
Gündəm
666
Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Narek Kaqramanyan dünən jurnalistlərə müsahibə verib. Onun sözlərinə görə, əgər sərhədlər sovet xəritələrinə əsasən keçərsə, onda Gorus-Qafan yolunun bəzi hissələri Azərbaycana keçəcək: “Sərhədin delimitasiyası və demarkasiyasının başlanması bir çox problemləri həll edəcək, Ermənistanla Azərbaycan arasındakı sərhədlərə aydınlıq gətirəcək”.
N.Kaqramanyan qeyd edib ki, Ermənistan üçün problemin son həlli alternativ yolun çəkilməsidir. "Mübahisəli olan yerlərdə dolama yollar çəkmək lazımdır. Bu istiqamətdə işlər artıq başlayıb, tikinti gedir. Eyni zamanda, heç bir halda bu yoldan əl çəkmək olmaz. Sovet xəritələrinə görə, Gorus-Qafan yol hissəsindəki üç nöqtənin mübahisəli olduğu anlaşılır. Hələ də bəzi mübahisəli ərazilər olması mümkün deyil", - deyə millət vəkili əlavə edib.
N.Kaqramanyanın izahına görə, danışıqlar Qaragöl yaxınlığında və digər yerlərdə vəziyyətlə əlaqədar aparılır, lakin problem danışıqların hansı istiqamətə gedəcəyində deyil, alternativ yolun tikintisində və Azərbaycana onu bağlamaq imkanı verməməkdədir.
Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında erməni parlamentarinin fikirlərinə münasibət bildirdi:
“Fikirlər səhvdir. Məsələ ondan ibarətdir ki, Gorus- Qafan yolunun bir hissəsi Azərbaycandan keçir. Biz bundan istifadə üçün ermənilərə icazə vermişdik. Amma onlar tərbiyəsizlik etdilər, cinayət törətdilər. Beləliklə, yolu bağladıq. Və indi alternativ yol axtarmalı olublar”.
E.Məmmədov, həmçinin deyib ki, bundan sonra da düşmənə adekvat cavab veriləcək:
“Bu, hələ son deyil. Azərbaycanın təzyiq vasitələri çoxdur. Onlardan biri də Laçın dəhlizinin bağlanmasıdır. Ümumiyyətlə, hazırkı vəziyyət sonu görünməyən dəhlizi xatırladır. Çünki ermənilər islah olunmaz toplumdur. Onların düşmənçilikdən əl çəkmək fikirləri yoxdur. Prezident İlham Əliyev Laçın və Kəlbəcərdə olarkən torpaqlarımızda daimi qalmaq üçün sərhədlərimizi möhkəmləndirməyin, ordumuzu gücləndirməyin vacibliyindən söz açdı. Çünki təxribatlar dayanmayacaq. Deməli, ordumuzun hazırlıq səviyyəsi hər gün daha da artırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm