Türkiyənin Daxili İşlər Nazirliyi 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Marmarisdə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak etdiyi bildirilən və 10 ildir "qırmızı bülleten"lə axtarılan FETÖ üzvü B.K.-nın Afyonkarahisarda saxlanıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, saxlanılan şəxs xüsusi təyinatlı qrupun tərkibində yer alan, helikopter pilotu olmuş və ordudan xaric edilmiş keçmiş kapitan B.K.-dır. O, Polis Baş İdarəsinin Kəşfiyyat İdarəsinin koordinasiyası, Afyonkarahisar və Eskişehir polis idarələrinin birgə əməliyyatı nəticəsində saxlanılıb.
Qeyd edək ki, Türkiyə hakimiyyəti FETÖ-nü terror təşkilatı kimi tanıyır və 15 iyul 2016-cı il çevriliş cəhdinə görə bu təşkilatı məsul hesab edir.