Paşinyan Ermənistanın siyasi kursunu quş haqqında alleqoriya ilə izah edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin siyasi kursunu izah etmək üçün quş haqqında alleqoriya danışıb.

Sherg.az xəbər verir ki, məzuniyyətdə olan Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda qapalı məkana düşən kiçik quşun saatlarla şüşəyə çırpılaraq çıxış yolu axtardığını göstərib.

Baş nazir bildirib ki, quşun xilas yolu şüşəyə çırpılmaq deyil, yaxınlıqdakı açıq qapını tapmaqdır.

Paşinyanın sözlərinə görə, bu alleqoriya Ermənistanın keçdiyi tarixi yol və gələcək seçimi ilə bağlı mesaj daşıyır.