Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onu parlament seçkilərində qələbə münasibətilə təbrik etməyib.

Sherg.az xəbər verir ki, Paşinyan jurnalistlərin bununla bağlı sualını "Xeyr, təbrik etmədi" sözləri ilə cavablandırıb.

Məlumata görə, daha sonra İrəvanın təşəbbüsü ilə Putin və Paşinyan arasında telefon danışığı baş tutub. Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, tərəflər söhbət zamanı əsasən Rusiya-Ermənistan iqtisadi əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,7 faizini toplayaraq qalib gəlib. Buna baxmayaraq, Paşinyanın sözlərinə görə, Putin bu dəfə onu seçki qələbəsi münasibətilə təbrik etməyib.