ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Rusiya və İrana qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinə qarşı çıxa bilərlər.
Sherg.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, demokratlar qanun layihəsinin Prezident Donald Trampa gömrük rüsumlarının tətbiqi ilə bağlı geniş səlahiyyətlər verməsindən narahatdırlar. Onların fikrincə, Tramp bu səlahiyyətlərdən təkcə sanksiyalar üçün deyil, həm də öz ticarət siyasətini həyata keçirmək məqsədilə istifadə edə bilər.
Qanun layihəsi Senatda ikinci prosedur səsverməsindən keçib. Sənədin müzakirəsinin davam etdirilməsini 84 senator dəstəkləyib, 12 senator isə əleyhinə səs verib. Nümayəndələr Palatasının sentyabrda məsələni yenidən gündəmə gətirəcəyi gözlənilir.