"Qarabağda gərginlik yüksəlməyə doğru gedir" - Peskov

"Moskva Qarabağda davam edən gərginlikdən narahatdır".
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, gərginlik səngimir və hətta bəzi bölgələrdə yüksəlməyə doğru gedir:
“Biz həm Yerevan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Əlbəttə, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış üçtərəfli sənədlərə uyğun hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”, - deyə o əlavə edib.