Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının üçüncü mərhələsinin başlandığı bildirilir.
Sherg.az xəbər verir ki, yaxın iki həftə ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və müşaviri Cared Kuşnerin Kiyev və Moskvaya səfər edərək tərəflərlə danışıqlar aparacağı gözlənilir.
Məlumata görə, Vaşinqton diplomatik həll yolunu irəli aparmağa çalışır. ABŞ-da keçiriləcək Konqres seçkiləri ərəfəsində isə Prezident Donald Tramp üçün bu danışıqların nəticəsinin siyasi baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanır.