Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanılıb - FOTO
06:13 30.08.2020
Hadisə
619
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sherg.az-a verilən məlumata görə, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsi, məscidlərin fəaliyyəti dayandırılması barədə maarifləndirici söhbətlər aparıb.
Polis əməkdaşlar rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər Xiyabanında bir qrup şəxsin toplaşaraq "Aşura" mərasiminin keçirlməsinə cəhd etdiklərini aşkarlayıb. Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər kənd sakini saxlanılaraq RPŞ-yə gətiriliblər. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində isə toplanan material isə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual