Tibb bacısına dəstək: Nazir Türkiyəni ayağa qaldıran hadisəyə nöqtə qoydu
09:14 01.09.2020
Hadisə
1216
Ankara şəhər xəstəxanasında vəzifəli tibb bacısı Büşra ötən gün Twitterdə, Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaşı tağ edərək, "Başqanım, mənə bir qab aşura ehsanı göndərə bilərsinizmi, təşəkkür edirəm" yazıb.
Başçı Yavaş, "Sevimli qızım Büşra, sənin timsalında şəhər xəstəxanasında çalışan bütün sağlamlıq personalımız üçün aşuralarımız artıq yola çıxır. Allah qəbul etsin, yaxşı ki varsınız" ifadələriylə tibb bacısına cavab verib. Hazırlanan aşura ehsanı da dərhal Ankara şəhər xəstəxanasında vəzifə yerinə yetirən sağlamlıq personalına göndərilib.
Twitterdə bir istifadəçi isə Bələdiyyə başçısı Yavaşın şərhini paylaşaraq, Səhiyyə naziri Fəxrəddin Qocadan tibb bacısının işinə son veriləsini istəyib. İstifadəçinin bu paylaşımı ictimai mediada böyük rezonans doğurub. Qalmaqaldan sonra tibb bacısı hesabını silmək məcburiyyətində qalıb.
Səhiyyə naziri Fəxrəddin Qoca yaşanan hadisəyə bağlı Twitter hesabından şərh yazıb. Nazir "Büşra qızımızla telefonda danışdım. Tibb işçilərimizin və bütün qadınların haqqlarının sonuna qədər yanında olduğumuzu hər kəs bilsin. Aşura bizim birlik, paylaşma və həmrəylik simvolumuzdur. Bu ənənəni yaşadan hər kəsə sonsuz təşəkkürlər" deyə qeyd yazıb.
Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaş, ondan aşura ehsanı istədiyi üçün ictimai media istifadəçisi tərəfindən təhdid edilən tibb bacısına dəstək verən səhiyyə nazirinin mesajını Twitterdən paylaşaraq, "Hörmətli nazirim, həssaslığınız üçün çox təşəkkürlər" yazıb.
Yavaş, Twitterdən paylaşdığı ikinci şərhində isə bunları yazıb:
"Yaxşı niyyətlə bizdən ehsan istəyən qızımız Büşranı təhqir edən kəslər haqqında həm şəxsim, həm də Büşra adından Respublika Baş prokurorluğuna cinayət işinin açılması üçün müraciət etdik".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual