Məktəblilər arasında kriminala meyil güclənir:“Makarov”u çıxarıb, qan tökdü...
Yusif Nəzərli
15:27 22.11.2021
Cəmiyyət
531
Ötən həftə noyabrın 18-də Mingəçevir Şəhər Prokurorluğu məktəblinin ölümü ilə bağlı məlumat yayıb. Aparılan araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.
Məlum hadisə son zamanlar məktəblərdə kriminalameyillik mövzusunu yenidən gündəmə gətirib. Buna təsir göstərən başlıca amillər nələrdir? Mövzu ilə bağlı “Sherg.az”a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, təhsil ocaqlarında məktəb mühiti yaradılmalıdır:
“Dünyanın hər yerində belədir. Ən yaxşı məktəb o məktəblər sayılır ki, onlarda şagirdlərin hərtərəfli inkişafı üçün uyğun mühit yaradılıb. Mən hər zaman bu mövzuda danışarkən Qori müəllimlər seminariyasını misal çəkirəm. Görün nə qədər gözəl mühit olub ki, ordan Üzeyir Hacıbəyov, Müslüm Maqomeyev, Cəlil Məmmədquluzadə kimi Azərbaycanın yüksək səviyyəli ziyalıları çıxıb . Çünki gözəl məktəb mühiti olub. İndi isə əksər məktəbdə belə mühit yoxdur”.
Sosioloq bunun bir neçə səbəbinin olduğunu vurğulayıb:
“Başlıca səbəb bu sahəyə lazım olan diqqətin ayrılmaması, daha sonra müəllimlər və şagirdlər arasında yaşanan arzuolunmaz münasibətlərdir. Digər tərəfdən müəllimlərin bir qisminin öz peşə səviyyəsinin aşağı olmasıdır. Bu şəxslər də öz biliklərindən daha çox rüşvət yolu ilə pedaqoji fəaliyyətə başlayanlardır”.
Ə.Qəşəmoğlu sonda məktəb elə olmalıdır ki, ora daxil olan müəllim də şagird də özünü müqəddəs aləmdə hesab etməlidir, kriminal aləmdə yox-,deyə qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm