2027-ci ilin hədəfi açıqlandı: Paytaxtda avtomobilsiz küçə yaradılacaq

Sürət limiti kəskin endirilir, Bakının mərkəzi “sakit zona”ya çevrilir

Maşınlar çıxarılır, piyadalar ön plana keçir, tarixi ərazilər üçün yeni dövr başlayır

Bakının Baş Planında 2027-ci ilədək piyada şəbəkəsinin genişləndirilməsi, avtomobilsiz küçələrin sayının artırılması nəzərdə tutulur. Müvafiq qərarlar qəbul edildikdən sonra mərkəzi ərazilərdə sürət həddinin 50 km/saat, bəzi yerlərdə hətta 30 km/saata endiriləcəyi gözlənilir.

Sherg.az xəbər verir ki, piyada zonasının cənuba doğru genişləndirilməsi istiqamətində uzadılma nəzərdə tutulur. “Neftçilər” prospektinin şimalı, “Bülbül” prospektinin qərbindəki tarixi ərazilər avtomobilsiz “sakit zona”ya çevriləcək. Bu zonada nəqliyyat əsas küçələr vasitəsilə yönləndiriləcək. Yaxın ərazilərdəki küçələr “sakit küçə” formatına keçirilərək. Məkanların piyada əlaqəsi gücləndiriləcək. Magistral küçələrdə əlavə piyada keçidlərinin yaradılması, mövcud keçidlərin optimallaşdırılması, 2027-ci ilə qədər 5.9 km avtomobilsiz küçə, 7.4 km 30 km/s rejimli küçə salınması planlaşdırılır. Bu dəyişikliklər nəticəsində şəhər mərkəzində piyada hərəkəti daha təhlükəsiz və fasiləsiz hala gətiriləcək. Qeyd edək ki, hazırda paytaxtın İslam Səfərli küçəsi, İstiqlaliyyət küçəsinin Əziz Əliyev küçəsi ilə kəsişən hissəsi və Əziz Əliyev küçəsi bütünlüklə piyada küçələridir.

Sosioloji məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, əslində bu çox yaxşı, təqdirəlayiq layihədir. Amma harada, necə tətbiq olunacağı mühümdür: 

- Dünyanın bir çox ölkəsində piyadayönümlü şəhərlər təcrübəsi uğurla tətbiq olunur, məqsəd piyadalara hərəkət sərbəstliyi vermək, maksimum təhlükəsizliyi təmin etməkdir. Amma bu zaman vətəndaşların, zəruri istehlak malları satılan obyektlər də nəzərə alınır. Məsələn, istisna olaraq həmin küçələrə, ərzaq məhsullarə, zəruri istehlak mallarının, tibbi ləvazimatların çatdırılması ilə məşğul olan nəqliyyat vasitələrinin girişinə icazə verilir. Hədəf piyadaların hərəkətinin stimullaşdırılması, şəxsi nəqliyyat vasitələrindən az istifadə, əraziyə ümumi nəqliyyat vasitələrindən istifadə edərək yaxınlaşmaqdır. Bu, piyadalaşma, avtomobilsizləşdirilmə məqsədi daşıyan layihədir. Azəbaycan cəmiyyətində, vəətndaşların, sürücülərin münasibətində hansı dəyişiklik baş verəck, bu, problemli məsələdir.

Əgər insanlarımız doğrudan da piyada hərəkətinə, şəxsi nəqliyyat vasitələrindən istifadənin minimallaşdırılmasına üstünlük versələr, nəqliyyatın sıxlığını azaltmağa töhfə vermiş olacaqlar. Bu isə az ehtimal olunur. O ərazilər ki piyadayönümlü olaraq genişləndiriləcək, vaxtilə ora avtomobillə gedənlər çalışacaqlar həmin ərazinin sərhəddinədək yenə də avtomobillə hərəkət etsinlər. Bu zaman avtomobillər yönləndiriləcək digər küçə və prospektlərə və yenə də yollarda intensivlik, sıxlıq müşahidə olunacaq. Hesab edirəm ki, müsbət nəticənin əldə edilməsi üçün layihə barədə əvvəlcədən və layihənin icrası başa çatdıqdan sonra da ictimaiyyət arasında maarifləndirmə işi aparılmalı, vətəndaşlara müraciət edilməlidir ki ərəət sıxlığına, tıxaclara səbəb olacaq addımlardan çəkinsinlər. O cümlədən, ictimai nəqliyyat da elə bir səviyyəyə çatdırılmalıdır ki vətəndaşlar fərdi nəqliyyat vasitələrinə deyil, icitmai nəqliyyata üstünlükversnlər. Hazırda paytaxtın müxtəlif istiqamətlərində avtobus zolaqları çəkilsə də, marşrut xətlərinə buraxılan avtobuslarn sayı artırılsa da, nə tıxacların aradan qaldırılması mümkün olub, nə də ictimai nəqliyyatın gecikmədən hərəkəti. Elə ərazilər var ki ora ictimai nəqliyyatın hərəkəti çox aşağı səviyyədədir. Vətəndaşlar da çox zaman məhz bunu əsas gətirərək fərdi nəqliyyat vastələrindən istifadəyə üstünlük verdiklərini deyirlər.