
Parlamentari: Pakistan Azərbaycan üçün ən yaxın tərəfdaşlardan biridir
12:54 15.05.2025
Siyasət
678
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Pakistanın Baş naziri Azərbaycan dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.
Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Azərbaycan dövlət başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, Azərbaycan ümumbəşəri dəyərləri rəhbər tutaraq konstitusion qaydada müharibələri rədd edir:

"Ölkəmiz özünün xarici siyasətini beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurur. Pakistan-Hindistan münaqişəsində də Azərbaycan məhz beynəlxalq hüquqa əsaslanan mövqe tutaraq rəsmi İslamabadın haqq səsinə birmənalı dəstək verir və iki nüvə dövləti arasında gərginliyə ikili standartlardan yanaşmanı bütövlükdə bəşəriyyət üçün təhdid hesab edir. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin də mövqeyində ifadə olunduğu kimi, Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırır. Digər tərəfdən, Pakistan Azərbaycan üçün strateji önəmə malik ən yaxın tərəfdaşlardan biridir. Üstəlik, Bakı və İslamabad hərbi-siyasi və iqtisadi əlaqələrin daha da dərinləşməsində istisnasız maraqlıdır. Güvənilir tərəfdaş olan Azərbaycan, təbii ki, öz müttəfiqliklərinə sadiqdir və təsadüfi deyil ki, məhz bu xətti tutmaqla cənab İlham Əliyev Azərbaycanı qlobal mühitdə sözü imzası olan azsaylı subyektlərdən birinə çevirib".
Deputat vurğulayıb ki, bütün proseslərdə olduğu kimi, iki ölkənin bir-birinə qarşı dəstək və həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilməklə bərabər gözlənilən idi:
"Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə zəng edərək Azərbaycan dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verməsi, o cümlədən digər siyasilərin bəyanatlarında, Pakistan mediasında və vətəndaş cəmiyyəti institutlarının çağırışlarında Azərbaycana təşəkkür izhar olunması məhz ölkəmizin beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin və dövlət başçımızın bu istiqamətdə qətiyyətli mövqeyinin nəticəsidir. Bu isə Vətən müharibəsi və antiterror əməliyyatlarında olduğu kimi, Pakistan-Hindistan hərbi qarşıdurması da Bakı və İslamabad arasında dostluğun bir daha şərəflə sınaqdan çıxması və yeni bir mərhələyə qədəm qoyması deməkdir".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə