Azərbaycanın tərəfdaş ölkələrində milli valyuta dəyərdən düşür
Yusif Nəzərli
08:58 01.12.2021
İqtisadiyyat
783
Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır
“Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib”. Bu barədə millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib:
“Başa çatmaqda olan ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb. Noyabra dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb.
Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir. Bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir.
Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur”.
V.Bayramov vurğulayıb ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib: “Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır.
Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur