Pərviz Şahbazov: "OPEC+" ölkələri gündəlik neft hasilatı ilə bağlı yeni razılaşma əldə edib
Yusif Nəzərli
14:53 05.12.2024
İqtisadiyyat
390
"OPEC+" ölkələri 2026-cı ilin sonuna qədər gündəlik 39,7 milyon barel xam neft hasilatı ilə bağlı razılaşma əldə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Razılaşmaya əsasən, bu müddət ərzində Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Bununla yanaşı, 8 ölkə 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barel əlavə könüllü ixtisar öhdəliklərini 2026-cı ilin dekabrına, 2023-cü ilin noyabrında elan edilən gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarları isə 2025-ci ilin mart ayının sonuna qədər davam etdirəcəklər", - nazir bildirib.
Həmçinin, bu ölkələrin gündəlik 2,2 milyon barel ixtisarları 2026-cı ilin sentyabr ayının sonuna qədər mərhələli şəkildə ləğv ediləcək.
P. Şahbazov qeyd edib ki, "OPEC+" ölkələrinin bu razılaşmaları qlobal neft bazarının dayanıqlığını təmin etmək və neft sənayesinin davamlı inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm