Ermənistan vəziyyəti drammatikləşdirir - ŞƏRH
09:11 04.08.2023
Siyasət
825
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibinə məktub ünvanlayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra bu təxribatın səbəblərinin araşdırılması, Laçın sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsi əsassızdır.
Ceyhun Bayramovun BMT baş katibinə məktub ünvanladığı məktubla bağlı “Sherg.az”a şərh edən siyasi-şərhçi Asif Nərimanlı qeyd edib ki, burada blokada məsələsinin məntiqi tərəfi yoxdur:
“O zaman blokada adlandıra bilərdilər ki, Azərbaycan tərəfi Laçın yolunu bağlayardı və heç bir alternativ yol təşkil etməzdi. Azərbaycan Laçın yolunu yük üçün bağlayıb. Bunun da müəyyən səbəbləri var. Həmçinin bununla Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üçün müəyyən bir şərait yaratmışdı. Amma sonra qaçaqmalçılıq ortaya çıxdı. Yəni BQXK-nin emblemi və maşınları altında ora bəyannamədə olmayan müxtəlif mallar keçirməyə başladılar. Bu, həm qanunu pozur, həm də digər təhlükəni gündəmə gətirirdi. Azərbaycan tərəfi əhalinin istifadəsi, gediş-gəlişi və xəstələrin daşınması üçün müəyyən şərait yaradıb. Digər tərəfdən isə Azərbaycan rəsmi Bakı-Xankəndi-Ağdam marşrutunu yüklərin daşınması üçün təşkil edib. Bunun özü göstərir ki, Laçın keçid məntəqəsi insanların istifadəsi üçün açıqdır və blokada olmadığını təsdiq edir. Ermənistan tərəfi sırf öz yük maşınlarını keçirmək üçün belə bir şou düzəldib. Məqsəd isə beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yönəltməkdir. Düşmən tərəfindən atılan son addımlar Azərbaycana qarşı təzyiqə yönəlmişdi. Lakin həmin diplomatik addımlar gerçəkləşmədi".
Analitikin sözlərinə görə onlar düşünürlər ki, belə təzyiq etməklə Bakı geri çəkiləcək:
“Avropa İttifaqının sədri Şarl Mişeldə Ağdamdan Xankəndinə gedən yoldan istifadə edilməsini dəstəklədi. O cümlədən Blinken də prezident İlham Əliyevə zəngində alternativ marşrutların istifadəsinin müzakirəsi gündəmə gətirdi. Bu o deməkdir ki, ABŞ məsələyə balanslı yanaşır. Rəsmi Bakının da mövqeyini nəzərə alır. Ehtimal var ki, onlar Qarabağ ermənilərinin aksiya üçün Laçın postuna göndərsinlər. Hətta məlumatlar yayılırdı ki, Xankəndində bununla bağlı avtobuslar da hazırlanır və ermənilər bura gətiriləcək. Yəni Ermənistan tərəfi teatrı genişləndirir və vəziyyəti daha da drammatikləşdirir. Faktiki hədəf Laçın yolunun açılması, siyasi addım isə Azərbaycanın Qarabağla məsələlərinin arxa plana keçirilməsidir. Çünki Ağdam-Xankəndi yolundan istifadə Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasını sürətləndirə bilər. Ermənistan da bunun qarşısını almağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya