Yazıçılar Birliyində mənə nifrət edirlər - 87 yaşlı Əlisa Nicat
Yazıçılar Birliyində mənə nifrət edirlər - 87 yaşlı Əlisa Nicat
12:37 10.08.2023
Müsahibə
4294
Keçən il sosial problemlərinə görə gündəmə gələn Əlisa Nicatın bu gün 87 yaşı tamam olur. 87 illik ömrünün 67 ilini ədəbiyyata həsr edib. Heç bir birlik və təşkilata , siyasi partiyaya, ictimai dərnək və toplantılara qatılmadığına görə, biz onu mediada tez-tez görə bilmirik.
"Sherg.az"Əlisa Nicat ilə əlaqə saxlayıb. Həm ad gününü təbrik edib, həm də sağlamlığı, maddi vəziyyəti və fəaliyyəti ilə bağlı fikirlərini öyrənib.
- Əlisa müəllim, necəsiz?
-Çox sağ olun, var olun.
-Narahat etmirəm?
-Yoox , yoox buyurun.
-Ad gününüzü təbrik edirəm, sağlam can arzulayıram.
-Minnətdaram.
-Səhhətiniz necədir?
-Belə, babatdır. 87 yaşım tamam olur, 88 keçirəm. Allaha şükür bu yaşda elə bir şikayətim yoxdur... Çox sağ olun.
-Maddi durumunuz necədir? Aldığınız pensiya ilə dolana bilirsiz?
- Belə də... 300 manat dövlətdən pensiya alıram. Arada 2-3 dənə kitablarımdan da satılır. Yavaş-yavaş bir təhər dolanırıq...
-Evinizin təmiri üçün pul yığılmışdı... Hazırda vəziyyət hansı yerdədir? Evinizi təmir elədilər?
- Hə, təmir etdilər. Düzəldi. Qənirə və Zenfira adlı iki xanım və " Qanun " nəşriyyatı mənə kömək etdi. Çox alicənab, mehriban, hər şeyi başa düşən və yüksək savadlı xanımlar idi. Onlara təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Onlar gəlib burada necə şkaf düzəltdirdilər. Qiymətli mebel gətirdilər.
- Əlisa müəllim, bu xoş gününüz də sizi yad edənlər oldumu ?
- Olur, olur... Bayaqdan zəng edirlər. Telekanallar və ayrı-ayrı oxucular zəng ediblər. Hətta evə gəlib təbrik edənlərdə var.
-Bəs ,Yazıçılar Birliyindən zəng edib təbrik ediblərmi?
- Mənimlə araları yoxdu də... Onlar mənə nifrət edirlər, düşmən kimi baxırlar. Çünki Anar Rzayev və atası haqqında lazım olmayan faktları açıb demişəm. Xoşagəlməz faktları dediyimə görə mənə düşmən kimi baxırlar.
-Prezident təqaüdü üçün yenidən müraciət etmisiniz?
-Mən 7-8 il bundan qabaq müraciət etmişəm və o vaxt xəbərlər Prezidentə çatmayıb. İndi isə tənbəllik edirəm. O qədər məşhur olmuşam ki... Keçən ilin dekabrında Azərbaycanda elə bir telekanal, sayt qalmadı ki, məndən yazmasın evə gəlib müsahibə almasın. Sözsüz ki, Prezident aparatında da əhvalatı bildilər. Ona görə indi gücüm və həvəsim qalmayıb. Heç bir səs-soraq yoxdur.
- İndi nə işlə məşğulsuz ?
- Tərcümələr edirəm. Hazırda Atilla haqqında İngilis müəllifin kitabının tərcüməsi üzərində işləyirəm.
-Oxucularınıza sözünüz varmı?
-Ancaq onu demək istəyirəm ki,oxusunlar. Mənim indi kitablarım dalbadal çıxır. Bu yaxınlarda "Müdriklik məbədi" adlı böyük kitabım işıq üzü görüb. 1100 səhifədir. Dünyanın bütün məktəbləri, onların nümayəndəlikləri və əsərləri haqqında məlumatlar Azərbaycan dilinə tərcümə olunub bir kitabda yığılıb. " Qanun " nəşriyyatı çap edib. Kim istəsə, ala bilər. Məndə də var. Qiyməti də elə baha deyil. Öz qiyməti 40 manatdır. Dünya tarixçiləri ensiklopediyası çapa hazırlanır. Dünyanın bütün böyük tarixçilərinin yaradıcılığını yığmışam bir yerə. 400-500 tarixçidir. Qanunlar hökmünü tərcümə etmişəm. O da " Qanun " nəşriyyatında çıxacaq. İşləyirik də, oxuyuruq, yazırıq.
Çox arzu edərdim ki, xalqımız oxusun. Lenin nə qədər dələduz adam olsa da, onun "oxumaq , oxumaq , yenə də oxumaq" sözlərində doğrudan da böyük həqiqət var. Oxumaqdan və kitabdan başqa dünyada insanın heç qazancı olmur və heç nə qalmır.
Oxşar xəbərlər
Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq - NASA aliminin "Şərq"ə MÜSAHİBƏSİ
19:41 01.07.2026
"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı
16:32 24.06.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya