Kremlin “İsgəndər-M” dalanı:“...Suala birbaşa cavab verə bilmir”
Fidan Həmişəyeva
10:04 23.04.2021
Qarabağ
844
“İsgəndər-M” raketinin Şuşa şəhərində tapılması və bununla bağlı Rusiyanın heç bir açıqlama verməməsi bütün dünyanın diqqət mərkəzindədir. Hətta ölkə başçısı İlham Əliyev açıq şəkildə Rusiyanın cavab verməli olduğunu söyləyib. Rəsmi Moskva isə gülünc iddialar səsləndirərək gah nala, gah da mıxa vurur. Guya raketin qalıqları Suriyadan gətirilərək Şuşada yerləşdirilib.
Vladimir Putinin sükutu da “İskəndər M”lə bağlı sualları artırır. Maraqlıdır, Rusiya nə üçün “ağzına su alıb” oturur?
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin “Sherg.az”a açıqlamasına görə, Rusiya rəhbərliyi əvvəlki dövrlərdə olduğu kimi bu gün də imperiya psixologiya ilə yaşayır:
“Kreml hər zaman ətrafındakı ölkələrə qarşı məhz imperiya düşüncəsinə uyğun davranıb. Bu baxımdan Rusiya ətrafındakı dövlətlərə ona borclu olduqları kimi yanaşır. Hətta sadə rus vətəndaşlarının da böyük bir hissəsi bu düşüncə ilə yaşayırlar. Düşünmürəm ki, rəsmi Moskva səmimi şəkildə “İskəndər M”lə bağlı açıqlama versin. Neçə müddətdir ki, bu məsələ gündəmdədir. Bəlkə də Rusiya İkinci Qarabağ savaşından sonra atdığı ilk addımlarında səmimi olsaydı, “İskəndər- M”lə bağlı hadisə gündəmə gətirilməzdi. Yəni Azərbaycan məsələyə “oldu-keçdi” prinsipi ilə yanaşa bilərdi. Lakin Rusiyanın neytral mövqe tutmaması Azərbaycanı təngə gətirdi”.
Professor vurğulayıb ki, Rusiya Qarabağda şəxsi maraqları üçün möhkəmlənir:
“Hətta bu prinsipdən çıxış edərək gələcəkdə Ermənistana qarşı təzyiq göstərməyə çalışacaq. Eyni zamanda Azərbaycana da siyasi təzyiq göstərir. ANAMA-nın tərkibində türk mütəxəssislərinin olması ilə faktlar aşkarlandı. Beləliklə, “İskəndər- M” raketinə dair məsələ gündəmə gətirildi və Rusiyaya mesajlar verildi. Bununla da bəlli oldu ki, “İskəndər- M” yalnız Rusiya ərazisindən Azərbaycana qarşı istifadə olunan raket növüdür. Cəmiyyətdə belə bir sual yaranır ki, ola bilsin, raket Ermənistana gətirililib 102-ci bazadan istifadə edilib. Lakin belə deyil. Rusiyalı mütəxəssislər də qeyd etdilər ki, bu, Rusiya hərbi hissələrinə mənsubdur. Ölkə başçısı söylədi ki, “bu raketlər bizə Ermənistandan da atıla bilər, Rusiyadan da. “İskəndər M”in ermənilərin əlinə necə keçdiyinə dair Rusiya tərəfi açıqlama verməlidir”.
Kreml bu mesajı dəqiqliklə tutdu. Ona görə də uzun zamandır ki, cavab verə bilmir. Açıq formada deyə bilmirlər ki, raket Rusiya ərazisindən Şuşaya atılıb. Rusiya mətbuatında “İskəndər -M”in qondarma rejimin əlinə keçə bildiyinə dair xəbərlər qeyd olunurdu. Diqqəti qondarma rejimin üzərinə yönəltmək istəsələr də, bu zaman daha ciddi suallar yaranır.
Yəni ki, Rusiya hərbi arsenalına nəzarət edə bilmir ki, raketi Rusiyadan kənara çıxara bilsinlər və prezidentin bundan xəbəri olmasın? Ona görə də rəsmi Moskva gülünc iddialarla özünü dalana salıb. Bir də belə bir fikir səsləndirdilər ki, guya Azərbaycan Suriya ərazisindən raket qalıqlarını gətirib Şuşaya qoyub. Bütün bunlar ağlasığmaz fikirdir. Reallıq ondan ibarətdir ki, Rusiya rəhbərliyi “İskəndər -M”lə bağlı suala birbaşa cavab verə bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm