Təxribat cəbhəsi genişlənir!- Məsələ Minsk Qrupu formatına qaytarılır? - Şərh
Banuçiçək Kalbalıyeva
07:33 23.08.2021
Qarabağ
853
“Ermənilər Qarabağda hücum cəbhəsini genişləndirir: Şuşadan sonra Ağdam, Xocalı və Xocavənd istiqamətində təxribatlar törədilib”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Təxribat cəbhəsinin genişlənməsinin zamanı diqqət çəkir. Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Qarabağı müzakirə etdi. Kremlin rəsmi məlumatında qeyd olunurdu ki, Putin Makronun xahişi ilə üçtərəfli razılaşmaların icrası haqqında məlumat verib.
Həmçinin “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə işlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Moskva bununla Qarabağda rus sülhməramlılarının fəaliyyətindən narazı olan və erməni terrorçuların çıxarılması tələbində israr edən Bakıya mesaj verir:
Fransa istədiyi üçün bu haqda danışır və Minsk Qrupunun “dirilməsinə” qarşı əsas maneə, eləcə də Bakının maraqlarına uyğun yeganə həmsədr ölkə Rusiyadır və bunun əksinin olması da mümkündür”.
A.Nərimanlının sözlərinə görə, məqsəd ATƏT-in Minsk Qrupunu “reanimasiyadan” çıxarmaqdır:
“Makron Putindən sonra Ermənistan baş naziri Nikol Paşinyanla danışdı. Ardınca Qarabağda erməni terrorçular təxribat cəbhəsini genişləndirdi: hücumlar Paris və İrəvanın “məsələni Minsk Qrupu formatına yenidən qaytarmaq” planlarının tərkib hissəsi kimi görünür.
Lakin Qarabağdakı erməni silahlılarının üzərində Rusiyanın təsir imkanlarını nəzərə aldıqda bunun Moskvanın oyunu olduğu ehtimalı da ön plana çıxır: ruslar Azərbaycana maraqlarına təhlükə yaranacağı təqdirdə proseslərin inkişaf perspektivini göstərmək istəyirlər. Bütün bunlar Ermənistanın və Qarabağdakı erməni terrorçuların “əlini gücləndirir”. Yeganə yol onların anladığı dildən danışmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə